SON XƏBƏRLƏR

Nəim Qasımın katibi və mühafizəçisi öldürüldü

2026.04.09, 16:46
Nəim Qasımın katibi və mühafizəçisi öldürüldü

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrailin Livana hava hücumlarının davamında müxtəlif mənbələr Hizbullahın baş katibinin yaxın çevrəsindən olan bir neçə yüksək rütbəli şəxsin öldürüldüyünü bildirir; bu hadisə Nəim Qasımın taleyi ilə bağlı qeyri-müəyyənliyi artırıb.

Məlumatlara əsasən, Beyruta edilən hücumda Qasımın qardaşı oğlu və şəxsi katibi Əli Yusif Hərşi öldürülüb. İsrail ordusu da rəsmi şəkildə bu şəxsin ötən gecə hava hücumunda hədəf alınaraq öldürüldüyünü açıqlayıb. Ordunun sözçüsünə görə, o, «Nəim Qasımın ofisinin rəhbəri» və ona yaxın şəxslərdən biri olub (qardaşı oğlu).

Eyni zamanda, Qasımın şəxsi mühafizəçisinin də öldürüldüyü bildirilir. «Fəzl Nəcm» ləqəbli «Əbu Abbas» kimi təqdim olunan bu şəxs Hizbullahın baş katibinə yaxın təhlükəsizlik fiqurlarından hesab olunurdu.

Digər bir hücumda isə Səydada İsrail ordusu Hizbullahın yüksək rütbəli komandirlərindən biri olan Mahir Qasım Həmdanın öldürüldüyünü açıqlayıb.

Bundan əvvəl Qasımın aradan götürüldüyü ilə bağlı şayiələr yayılmışdı, lakin indiyədək onun öldüyü və ya yaralandığı barədə heç bir rəsmi təsdiq verilməyib. Bununla belə, onun yaxın çevrəsinin və təhlükəsizlik komandasının hədəf alınması Qasımın vəziyyəti ilə bağlı ehtimalları artırıb.

Bu məlumatların geniş yayılmasına baxmayaraq, beynəlxalq nüfuzlu media və rəsmi mənbələr Hizbullahın baş katibinin son taleyini təsdiqləməkdən hələ də çəkinir və onun vəziyyəti qeyri-müəyyən olaraq qalır.

 

GünAzTV
R.G

 

Hizbullah baş katibinin qərargahı belə bombalandı (video)

2026.04.08, 20:00

Hizbullah baş katibinin qərargahı belə bombalandı (video)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar