SON XƏBƏRLƏR

Tehranın İslamabaddakı səfiri İran nümayəndə heyətinin Pakistan səfəri ilə bağlı paylaşımını sildi

2026.04.09, 16:57
Tehranın İslamabaddakı səfiri İran nümayəndə heyətinin Pakistan səfəri ilə bağlı paylaşımını sildi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Tehranın İslamabaddakı səfiri Rza Əmiri Moqəddəm sosial media platforması «X»də İran nümayəndə heyətinin ABŞ ilə danışıqlar üçün bu gecə İslamabada yola düşəcəyini bildirdiyi paylaşımı dərc etdikdən bir neçə saat sonra silib.

Rza Əmiri Moqəddəm cümə axşamı səhər saatlarında ingilis dilində yazdığı paylaşımda qeyd etmişdi: «İran ictimaiyyətində İsrail rejiminin diplomatik təşəbbüsü pozmaq məqsədi ilə atəşkəsi dəfələrlə pozmasına görə yaranan bədbinliyə baxmayaraq, İran nümayəndə heyəti Pakistanın baş naziri Şahbaz Şərifin dəvəti ilə bu gecə İslamabada gələcək və İranın 10 maddəlik təklifi əsasında ciddi danışıqlar aparacaq.»

Əmiri Moqəddəm və Tehranın digər rəsmiləri bu paylaşımın silinmə səbəbi ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.

Pakistanın əvvəlki açıqlamasına görə, ABŞ və İran nümayəndələri cümə günü, 10 aprel tarixində İslamabadda görüşəcək və «bütün fikir ayrılıqlarının həlli üçün yekun razılaşmaya nail olmaq məqsədilə daha çox danışıqlar aparacaqlar».

Məlumatlara əsasən, bu danışıqlarda ABŞ-ı Cey Di Vens, İranı isə Məhəmmədbaqir Qalibaf və Abbas Araqçi təmsil edəcək.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar