SON XƏBƏRLƏR

Regionda yeni hərbi addım | hərbi aviasiyası Səudiyyə Ərəbistanda yerləşdirildi

2026.04.11, 16:23
Regionda yeni hərbi addım | hərbi aviasiyası Səudiyyə Ərəbistanda yerləşdirildi

Yeni hərbi əməkdaşlıq diqqət çəkdi | Səudiyyə–Pakistan ittifaqı güclənir.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri, texniki heyət və əməliyyat personalından ibarət birliyin Kral Əbdüləziz Hava Bazasına çatdığını açıqlayıb.

Bildirilib ki, bu birlik iki ölkə arasında strateji müdafiə razılaşması çərçivəsində ölkənin şərqində yerləşən bazaya yerləşdirilib.

Açıqlamaya əsasən, birlik döyüş təyyarələri ilə yanaşı dəstək qüvvələri, texniki qruplar və əməliyyat heyətindən ibarətdir.

Rəsmilər qeyd edib ki, bu addımın məqsədi iki ölkə arasında hərbi koordinasiyanı gücləndirmək və əməliyyat hazırlığını artırmaqdır.

Bu hərbi yerləşdirmə bölgədə artan gərginlik fonunda baş verir və xüsusilə İran rejiminin sabitliyi pozan siyasətləri qarşısında regional əməkdaşlığın gücləndirilməsi kimi qiymətləndirilir.

 

Günaz TV
R.G

Pakistan Səudiyyə Ərəbistanının yanında olacaq

2026.04.07, 20:42

Pakistan Səudiyyə Ərəbistanının yanında olacaq

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar