SON XƏBƏRLƏR

Hizbullah danışıqları dayandırdı

2026.04.12, 17:50
Hizbullah danışıqları dayandırdı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Livanın baş naziri “Nawaf Salam” Hizbullahın təzyiqi ilə ABŞ-a planlaşdırılan səfərini ləğv edib. Yaxın günlərdə ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında danışıqların keçirilməsi nəzərdə tutulurdu, lakin bu qərarın prosesə necə təsir edəcəyi hələ dəqiq deyil.

Bu danışıqlar Hizbullahın silahsızlaşdırılması və İsrail ilə Livan arasında sülh münasibətlərinin qurulmasına yönəlmişdi.

Livan hökuməti İsrailin Hizbullaha qarşı hücumlarını dayandırmasını tələb edir; Hizbullah isə İranda hakimiyyətin dəstəklədiyi bir qüvvə kimi tanınır və İsrail ilə ABŞ tərəfindən terror təşkilatı kimi qiymətləndirilir.

Hizbullah ABŞ və İsrailin İrana qarşı hava hücumlarından sonra İsrailə hücumlara başlayıb. İsrail isə bildirir ki, Hizbullaha qarşı əməliyyatlar “özünümüdafiə” çərçivəsində aparılır və ABŞ ilə İran arasındakı atəşkəsə daxil deyil.

Nawaf Salam sosial şəbəkədə yaydığı mesajda səfərin ləğvini “dövlət işlərini Beyrutdan izləmək” məqsədi ilə izah edib; lakin siyasi mənbələr bu qərarın Hizbullahın təzyiqi ilə verildiyini bildirir.

 

Günaz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar