SON XƏBƏRLƏR

Pakistan və Oman danışıqların davamını istəyir

2026.04.12, 23:39
Pakistan və Oman danışıqların davamını istəyir

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Pakistanın xarici işlər naziri “Məhəmməd İshaq Dar” bildirib ki, ölkəsi yaxın günlərdə İran və ABŞ arasında yeni danışıqların təşkilinə çalışacaq.

O, mövcud həssas vəziyyətə toxunaraq vurğulayıb: “Tərəflərin atəşkəsə sadiq qalması zəruridir.”

Bu açıqlamalar İslamabadda danışıqların uğursuzluğundan sonra regionda gərginliyin yenidən artması ilə bağlı narahatlıqların yüksəldiyi bir vaxta təsadüf edir.

Eyni zamanda, Oman xarici işlər naziri “Bədr əl-Busaidi” də danışıqların dalana dirənməsinə reaksiya verərək sosial şəbəkə X-də atəşkəsin uzadılmasını və diplomatik prosesin davam etdirilməsini tövsiyə edib.

O yazıb: “Atəşkəsin uzadılmasını və danışıqların davam etməsini tövsiyə edirəm.”

Bu mövqelər region ölkələrinin gərginliyin artmasının qarşısını almaq və tərəfləri yenidən danışıqlar masasına qaytarmaq üçün səylərini davam etdirdiyini göstərir.

 

Günaz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar