SON XƏBƏRLƏR

İranda çörək çatışmazlığı yaranıb

2026.04.14, 15:39
İranda çörək çatışmazlığı yaranıb

İranın müxtəlif əyalətlərində un çatışmazlığı səbəbindən çörək sexlərinin fəaliyyətində məhdudiyyətlər yaranıb.

Gunaz.tv

Bu barədə yerli sosial media fəalları məlumat yayıb.

Məlumata görə, bu, alıcılarla çörək sexləri işçiləri və müdiriyyəti arasında çoxsaylı qarşıdurmalara səbəb olub.

"Çörək sexlərinə unun nəzərdə tutulan miqdarda verilməməsi və azad bazarda un qymətinin kəskin bahalaşması sexlərin istehsal gücünün əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib",- yerli mənbələr bildiriblər.

Rəsmilər isə məsələ ilə bağlı "un anbarı yaxşı vəziyyətdədir" cavabı ilə kifayətləniblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar