SON XƏBƏRLƏR

İsrail–Livan danışıqlarının pərdəarxası nədir?

2026.04.14, 18:30
İsrail–Livan danışıqlarının pərdəarxası nədir?

Gunaz.tv

“Günaz TV”nin məlumatına görə, İsrailin xarici işlər naziri “Gideon Saar” Livan hökuməti ilə danışıqlarla bağlı açıqlamasında İsrail və Livan arasında əsaslı fikir ayrılığının olmadığını, əsas problemin isə “Hizbullah” olduğunu vurğulayıb; onun sözlərinə görə, bu məsələ ciddi şəkildə həll edilməlidir.

Saar deyib: “İsrail və Livan arasında əsaslı fikir ayrılığı yoxdur. Problem Hizbullahdır və məhz bu məsələ ilə məşğul olunmalıdır.”

O, Livan hökumətinin rəsmi mövqeyinə istinad edərək əlavə edib: “Bu, Livan hökumətinin elan edilmiş mövqeyidir ki, Hizbullahı ləğv etmək istəyir. Onlar bu qrupun hərbi fəaliyyətini qeyri-qanuni hesab edirlər və biz bu istiqamətdə əməkdaşlıq edə bilib-bilməyəcəyimizi araşdıracağıq.”

İsrailin xarici işlər naziri davamında bu qrupun maliyyə və struktur dayaqlarına da toxunaraq bildirib: “Biz nəzərə alırıq ki, Hizbullahın maliyyə kökləri də var. Bu təşkilatı ayaqda saxlayan çoxsaylı amillər mövcuddur və faktiki olaraq Livanı İranın təsiri altında saxlayır.”

Saar həmçinin vurğulayıb: “İsrailin təhlükəsizlik problemi Livanın suverenlik problemidir; yəni Hizbullah. Bu, ortaq məsələdir və həll olunmalıdır ki, fərqli mərhələyə keçə bilək; məqsədi sülh və Livanla münasibətlərin normallaşdırılması olan mərhələyə.”

 

Günaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar