SON XƏBƏRLƏR

Tramp: Hörmüz boğazını Çin və digərləri üçün açıq saxlayacağam

2026.04.15, 19:45
Tramp: Hörmüz boğazını Çin və digərləri üçün açıq saxlayacağam

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edərək Hörmüz boğazını həmişəlik açıq saxlayacağını iddia edib və bunu xüsusilə Çin də daxil olmaqla qlobal maraqlar baxımından qiymətləndirib.

O yazıb: “Çin çox xoşbəxtdir ki, mən Hörmüz boğazını həmişəlik açıq saxlayıram. Mən bunu onlar və eyni zamanda dünya üçün edirəm. Bu vəziyyət bir daha heç vaxt təkrarlanmayacaq.”

Tramp həmçinin iddia edib: “Onlar İrana silah göndərməməyə razılaşıblar.” O əlavə edib: “Prezident Si Cinpin bir neçə həftə sonra ora çatanda məni qucaqlayacaq. Biz ağıllı və çox yaxşı əməkdaşlıq edirik! Bu, müharibədən daha yaxşı deyilmi? Amma unutmayın, əgər məcbur olsaq, biz müharibədə çox güclüyük.”

Bu açıqlamalar İranın regiondakı rolu və enerji marşrutlarının, o cümlədən Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar