SON XƏBƏRLƏR

İranla razılaşma böyük ehtimalla gələn həftə Trampın iştirakı ilə 

2026.04.17, 00:40
İranla razılaşma böyük ehtimalla gələn həftə Trampın iştirakı ilə 

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ prezidenti “Donald Tramp” İranla növbəti danışıqların “böyük ehtimalla” İslamabadda keçiriləcəyini və bunun gələn həftənin əvvəllərində baş tuta biləcəyini açıqlayıb.

Tramp 16 aprel 2026-cı il, cümə axşamı günü Ağ Evdə jurnalistlərlə söhbətində, Nevada səfərinə yola düşərkən deyib: “Atəşkəsin uzadılmasına ehtiyac olub-olmadığından əmin deyiləm” və əlavə edib: “Biz çox yaxşı irəliləyirik... İran razılaşma əldə etmək istəyir.”

O, həmçinin danışıqların mümkün məkanı ilə bağlı vurğulayıb: “Əgər razılaşma İslamabadda imzalansa, ora gedə bilərəm” və əlavə edib: “Onlar mənim getməyimi istəyirlər.”

ABŞ prezidenti davamında Pakistanın bu prosesdə rolunu yüksək qiymətləndirərək deyib: “Fild marşal çox yaxşı olub” və həmçinin qeyd edib: “Pakistan çox yaxşı olub... onlar həqiqətən çox yaxşı iş görüblər.”

Bu açıqlamalar Vaşinqton və Tehran arasında mümkün razılaşmaya yaxınlaşma fonunda səsləndirilir və İslamabad növbəti danışıqlar mərhələsinin əsas məkanı kimi gündəmə gəlir.

ABŞ mediasının məlumatlarına görə, danışıqlar prosesi “irəliləyişlə” davam edir və yaxın günlərdə razılaşmanın əldə olunması ehtimalı artıb.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar