SON XƏBƏRLƏR

Hörmüz boğazı üzərindən təzyiq siyasəti: deputatın açıq etirafı

2026.04.18, 08:45
Hörmüz boğazı üzərindən təzyiq siyasəti: deputatın açıq etirafı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Milli Məclisin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani açıq çıxışında Hörmüz boğazından siyasi təzyiq vasitəsi kimi istifadəni müdafiə edib və deyib: 
“ABŞ ilə mövcud razılaşma münasibətlərin normallaşmasının başlanğıcıdır. Bir çox ölkələr ABŞ ilə qarşıdurmada olub və biz də dünyadan ayrı deyilik. Vyetnamlılar 6 il müharibə aparıb. Koreyalılar 3 il ABŞ ilə döyüşüb. ABŞ bir çox ölkə ilə müharibə edib və sonra münasibətlər qurulub.”

O, ABŞ tərəfindən göndərilən mesajlara toxunaraq əlavə edib: “Tramp mesaj göndərib ki, bu razılaşmada bir qələbə əldə edib getməlidir ki, nüfuzu zədələnməsin. Bu isə bizə yaxşı imkan yaradır ki, Hörmüz boğazı gələcəkdə bizim və övladlarımızın ixtiyarında olsun.”

Deputat həmçinin vurğulayıb: “Biz zənginləşdirmə hüququnu qoruyacağıq. Neftimizi asanlıqla sata bilərik və sanksiyalar aradan qaldırıla bilər. Əgər sanksiyalar götürülməsə, eyni oyunu Hörmüz boğazında və digər ölkələrə qarşı başlayacağıq və təzyiq aləti yaradacağıq.”

Bu açıqlamalar İran rəsmilərinin dəfələrlə Hörmüz boğazını siyasi təzyiq vasitəsinə çevirməyə çalışdığı bir vaxtda səslənir. Bu yanaşma yalnız dünyanın ən vacib enerji keçidlərindən birinin təhlükəsizliyini risk altına atmır, həm də Tehranın bölgədə davam edən gərginlik və qeyri-sabitlik siyasətini göstərir.

Görünür, “Hörmüzlə oyun” ifadəsinin açıq şəkildə dilə gətirilməsi və onun təzyiq aləti kimi istifadəsinin vurğulanması İran hakimiyyətinin problemlərin əsaslı həlli əvəzinə hələ də gərginlik yaratmaq və təzyiq yolu ilə güzəşt qazanmaq siyasətinə söykəndiyini göstərir. Bu siyasətin əsas yükü isə birbaşa İran xalqının üzərinə düşür.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar