SON XƏBƏRLƏR

İranın hava donanmasın 50 təyyarəsi yararsız hala düşüb

2026.04.18, 10:00
İranın hava donanmasın 50 təyyarəsi yararsız hala düşüb

Müharibədə İranın hava donanmasından təxminən 50 təyyarə zədələnib, onlardan 10-u birbaşa raket zərbələri nəticəsində məhv edilsə də, ancaq zədələnmiş təyyarələrin bəziləri təmir edilə bilər.

Gunaz.tv

Bunu parlamentin üzvü Məhəmmədrza Rzayi Kuçi deyib.

O, həmçinin ölkənin hava limanlarının vəziyyəti və müharibə bitərsə, daxili və beynəlxalq uçuşların bərpa olunması ehtimalı barədə də danışıb: 

"Mehrabad hava limanı da daxil olmaqla, hava limanlarının problemləri həll edilə bilər, ciddi bir problem yoxdur və atəşkəsin razılaşdırılması və ya uzadılması ehtimalı olarsa, daxili və beynəlxalq uçuşlar açılacaq".

Bundan əvvəı "Şərq" qəzeti İran Hava Yolları Assosiasiyasına istinadən bildirib ki, müharibə zamanı "60 təyyarə istismardan çıxarılıb və bu hadisə aviaşirkətlərə 30 trilyon tümən dəyərində ağır ziyan vurub".

"Şərq" qəzetinin məlumatına görə, "Mahan Airlines", "Iran Air" və "Zagros" İran aviasiya sənayesindən zərər çəkən aviaşirkətlər siyahısında birinci yerləri tuturlar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar