SON XƏBƏRLƏR

Cəza tədbirləri ictimai narazılığı artırır- Sünni din xadimi

2026.04.18, 10:33
Cəza tədbirləri ictimai narazılığı artırır- Sünni din xadimi

Müharibənin bitməsi, insan tələfatı və iqtisadi zərərin qarşısıın alınması üçün ölkənin güclü diplomatiyaya ehtiyacı var.

Gunaz.tv

Bunu Zahidan şəhərinin Məkki məscidinin cümə imamı və bəlucların sünni din xadimi Moləvi Əbdülhəmid deyib.

O, radikalların ölkənin diplomatiyasına təsirnin qarşısının alınmasının da vaciblyini bildirib:

"Diplomatik aparat ekstremist cərəyanların təsiri altına düşməməli və onlardan qorxmamalıdır".

Ölkənin çox saylı daxili və xarici və xarici problemlərlə üzləşdiyinə diqqət çəkən Əbdülhəmid, bunların aradan qaldırılması üçün realist yanaşmaya ehtiyac olduğunu söyləyib.

Çıxışının digər hissəsində müharibəyə qarşı olduğunu qeyd edən cümə imamı, heç kimin insanların öldürülməsini və ya ölkənin dağılmasını istəmədiyini bildirib və təhlükəsizliyin təmin edilməsinin, dialoqun gücləndirilməsinin, ədalət və azadlıq da daxil olmaqla, xalqın tələblərinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin ölüm hökmünü və müxaliflərin əmlakının müsadirəsini tənqid edərək, bu tədbirlərin ictimai narazılığı artırdığı barədə xəbərdarlıq edərək, hökuməti bu cür yanaşmalardan çəkinməyə çağırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar