SON XƏBƏRLƏR

SEPAH Hörmüz boğazında iki gəmiyə atəş açıb

2026.04.18, 15:49
SEPAH Hörmüz boğazında iki gəmiyə atəş açıb

Bu gün Hörmüz boğazını keçməyə çalışan ən azı iki ticarət gəmisi atəşə tutulub.

Gunaz.tv

Bu barədə “Röyters” məlumat yayıb.

Hadisə zamanı gəmilərin nə dərəcədə zərər görməsi və insidentin nəticələri hələlik dəqiq müəyyən edilməyib.

Dənizçilik və təhlükəsizlik üzrə üç mənbə bildirib ki, insident boğazdan keçid zamanı baş verib.

Ancaq hücumun kim tərəfindən həyata keçirildiyi və ya hansı şəraitdə baş verdiyi barədə əlavə detallar açıqlanmayıb, araşdırma aparıldığı bildirilib.

***

Omanın şimal-şərqindən təxminən 20 dəniz mili məsafədə SEPAH-a məxsus iki hərbi qayıq bir tankerə yan alıb.

Böyük Britaniyanın Dəniz Təhlükəsizliyi Agentliyini - UKMTO-nun məlumatına əsasən, radio vasitəsilə hər hansı xəbərdarlıq etmədən tankerə atəş açılıb.

Hadisə zamanı ekipajın xəsarət almadığı bildirilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar