SON XƏBƏRLƏR

Əl-Cəzirə müxbiri: Tehranda müzakirələrdə irəliləyiş görünmür

2026.04.19, 08:32
Əl-Cəzirə müxbiri: Tehranda müzakirələrdə irəliləyiş görünmür

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; “Əl-Cəzirə” xəbər şəbəkəsinin müxbiri bildirib ki, Pakistan nümayəndə heyəti şənbə günü axşama qədər Tehranda olub və ABŞ-ın tələblərinə İran tərəfindən aydın cavab almağa çalışıb.

Əli Haşim yazıb ki, bu danışıqların nəticəsi hələ məlum deyil və əlavə edib: “Bununla belə, şənbə gününün ilk axşam saatlarına qədər mühit o qədər də optimist deyildi.”

O qeyd edib: “Görünür, Tehranda uranın zənginləşdirilməsi və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı ilkin qırmızı xətlərə sadiqlik üzərində israr var.”

Haşim həmçinin vurğulayıb: “Hörmüz boğazının vəziyyəti də ABŞ-ın mühasirəni ləğv etmək qərarından asılıdır.”

Bu müxbirin sözlərinə görə, Pakistan yenidən qarşıdurmanın başlanmasının qarşısını almaq üçün mümkün irəliləyiş əldə etməyə çalışır.

O, gələcək inkişaflarla bağlı qeyd edib ki, “hər şey Vaşinqtonun növbəti addımından asılıdır.”

 

Günaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar