SON XƏBƏRLƏR

Qaani Bağdada getdi

2026.04.19, 11:38
Qaani Bağdada getdi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; İraqda İrana yaxın koalisiyalar arasında fikir ayrılıqlarının davam etdiyi bir vaxtda, Sepahın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani şənbə günü bir heyətlə Bağdada gəlib.

“Əl-Cəzirə”nin müxbiri Əli Haşimin məlumatına əsasən, bu heyət İrana yaxın şiə qüvvələrindən ibarət “Koordinasiya Çərçivəsi” adlanan koalisiyanın liderləri ilə görüşlər keçirməyi planlaşdırır; məqsəd siyasi böhran üçün çıxış yolu tapmaq və onları İraqın baş nazirinin seçilməsi üzrə razılaşmaya sövq etməkdir.

Bu çərçivədə, “Həşdəş-Şəbi” təşkilatında yüksək vəzifəli bir komandan və sözügedən koalisiyanın rəhbərlərindən biri təsdiqləyib ki, səfərin əsas məqsədi şiə siyasi qüvvələri arasında vasitəçilik etmək, fikir ayrılıqlarını aradan qaldırmaq və baş nazirin seçilməsi prosesini sürətləndirməkdir.

Bu hərəkətlilik müşahidəçilər tərəfindən İranın İraqda öz təsirini qorumaq cəhdinin göstəricisi kimi qiymətləndirilir; bu təsir regiondakı təzyiqlərə və son hadisələrə baxmayaraq, Bağdadın siyasi proseslərində həlledici rol oynamaqda davam edir.

Bu addım göstərir ki, İran bütün təzyiqlərə baxmayaraq, İraqdakı nüfuzunu saxlamağa çalışır və müharibə onun regional siyasətində heç bir dəyişiklik yaratmayıb.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar