SON XƏBƏRLƏR

Tramp: “Əgər razılaşma olmasa, bütün ölkə partladılacaq”

2026.04.19, 16:31
Tramp: “Əgər razılaşma olmasa, bütün ölkə partladılacaq”

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; “Fox News” xəbər şəbəkəsi öz müxbiri Tre Yingst-ə istinadən bildirib ki, ABŞ prezidenti Donald Tramp razılaşma imzalanmadığı təqdirdə İranı tam məhv etməklə hədələyib.

Məlumata əsasən, Tramp birbaşa bu sözləri deyib: “Əgər İran bu razılaşmanı imzalamasa, bütün ölkə partladılacaq.”

O həmçinin xəbərdarlıq edib ki, danışıqlar uğursuz olarsa, İranın həyati infrastruktur obyektləri, o cümlədən “körpülər və elektrik stansiyaları” hədəfə alınacaq.

Bu açıqlamalar İslamabadda keçiriləcək ikinci raund danışıqların Tehranla Vaşinqton arasında gərginliyin taleyini müəyyən edəcək mərhələ kimi qiymətləndirildiyi bir vaxtda səslənir.


Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar