SON XƏBƏRLƏR

Sepah mediası: Müharibə ssenarisi danışıqlardan daha ehtimallıdır; qarşıdurmanın genişlənməsi ilə hədələyir

2026.04.20, 10:30
Sepah mediası: Müharibə ssenarisi danışıqlardan daha ehtimallıdır; qarşıdurmanın genişlənməsi ilə hədələyir

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; Tasnim News Agency Sepah-a bağlı media İranın “yenidən müharibənin başlanması” ehtimalına hazır olduğunu iddia edib və bildirib ki, qarşıdurma baş verərsə “Bab əl-Məndəb”, “Aramco”, “Yənbu” və “Füceyrə” kimi nöqtələr də münaqişə zonasına daxil edilə bilər; bu isə bir daha Sepahın regionda gərginliyi artıran rolunu göstərir.

Tasnim ABŞ-ın hərbi hərəkətlərinə istinad edərək “hərbi gəmilərin yerdəyişməsi, avadanlıqların daşınması üçün hava körpüsünün yaradılması, C5 və C17 təyyarələrinin iştirakı, Bəhreyndə “ada ələ keçirmə” və sürətli sahil əməliyyatları üzrə təlimlər, ABŞ kəşfiyyat pilotsuz aparatlarının geniş uçuşları və bəzi müdafiə sistemlərinin bölgədə yerdəyişməsi”ni mümkün qarşıdurmaya hazırlıq kimi təqdim edib.

Sepah-a yaxın bu media iddia edir ki, Tehran iki ssenarini nəzərdən keçirir; birincisi ABŞ-ın bu hərəkətləri danışıqlarda “psixoloji təzyiq” kimi istifadə etməsi, ikincisi isə bəzi İran adalarına qarşı “qəfil və sürətli hərbi hücum” ehtimalıdır.

Hesabatda vurğulanır ki, İran üçün müharibə ssenarisi danışıqların davamından daha real hesab olunur; bu yanaşma isə hərbi strukturların diplomatiya üzərində üstün tutulduğunu və regionda gərgin siyasətin davam etdiyini göstərir.

Tasnim həmçinin hədələyib ki, infrastruktur obyektlərinə yenidən hücum edilərsə, İran “Aramco” və “Füceyrə” ilə bağlı əvvəlki “özünü saxlamasını” kənara qoyacaq; bu isə qarşıdurmanın genişlənməsi və regionun daha da destabilizasiyası riskini artırır.

Bu açıqlamalar Sepahın son illərdə regionda hərbi fəaliyyətlər və gərginliyin artırılmasında əsas rol oynadığı bir vaxtda səslənir və yenidən böhranı dərinləşdirən ritorikanın davam etdiyini göstərir.


Günaz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar