SON XƏBƏRLƏR

Təyyarə Vaşinqtona qayıtdı; danışıqlar dayandı

2026.04.21, 23:55
Təyyarə Vaşinqtona qayıtdı; danışıqlar dayandı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; İran və ABŞ arasında danışıqlarla bağlı qeyri-müəyyənlik artdığı bir vaxtda ABŞ nümayəndə heyəti, vitse-prezident Cey Di Vensin rəhbərliyi ilə Pakistan səfərindən imtina edib və proses faktiki olaraq dayanıb.

ABŞ-ın nüfuzlu media qurumları, o cümlədən The New York Times və CNN-in məlumatına əsasən, Vensin İslamabada səfəri “təxirə salınıb” və bunun səbəbi kimi Tehranın ABŞ-ın danışıqlar təkliflərinə cavab verməməsi göstərilib.

Məlumata yaxın bir ABŞ rəsmisi deyib: “Cey Di Vensin Pakistana səfəri təxirə salınıb, çünki Tehran ABŞ-ın danışıqlar mövqelərinə cavab verməyib.”

Eyni zamanda, məlumatlara görə, Stiv Vitkoff və Cared Kuşner də ABŞ-dan çıxmayıb və onları İslamabada aparmalı olan təyyarə marşrutunu dəyişərək Vaşinqtona geri qayıdıb.

CNN həmçinin bildirib ki, çərşənbə axşamı səhər Pakistana yola düşməli olan Vens hazırda Ağ Evdə “əlavə siyasət müzakirələri” üçün qalır və onun səfər proqramı qeyri-müəyyən vəziyyətə düşüb.

ABŞ rəsmiləri prosesi “təxirə salınma” kimi təqdim etsələr də, bu inkişaflar göstərir ki, Tehranın cavabı olmadan danışıqlar faktiki olaraq dayanıb və İslamabad hələlik ABŞ nümayəndə heyətini qəbul etməyəcək.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar