SON XƏBƏRLƏR

Berlində Rza Pəhləvinin üstünə boya səpildi

2026.04.23, 15:53
Berlində Rza Pəhləvinin üstünə boya səpildi

Almaniyada səfərdə olan İranın keçmiş şahının oğlu Rza Pəhləvinin üstünə boya səpilib.

Gunaz.tv

Bu barədə xarici media məlumat yayıb.

Hadisə bu gün Pəhləvinin Berlində Almaniya Federal Parlamentindən çıxdığı zaman baş verib.

Hadisənin törədən barədə məlumat verilməyib, onun İran hökumətinin tərəfdarı və ya monarxiya əleyhdarı olduğu üçün buna əl atdığı hələlik məlum deyil.

Parlamentin qarşısına toplaşan mühacir iranlıların da bir qismi Rza Pəhləvinin əleyhinə şüarlar səsləndiriblər.

Monarxiya tərəfadrlarının isə müxaliflərə qarşı şüarlar səsləndirməsindən sonra toqquşmanın qarşısını almaq üçün hadisə yerinə polis əməkdaşları cəlb olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar