SON XƏBƏRLƏR

İnternet azaddır, amma yalnız hakimiyyət tərəfdarları üçün

2026.04.25, 15:02
İnternet azaddır, amma yalnız hakimiyyət tərəfdarları üçün

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Əhməd Bəxşayeş Ərdəstani, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü, Didəban-e İran saytına verdiyi müsahibədə müharibə zamanı müəyyən qruplara filtrsiz internet verildiyini açıqlayıb.

O, bu barədə deyib: “İran belə nəticəyə gəldi ki, hələlik öz mövqeyini ifadə etsin. Eyni zamanda müəyyən şəxslərə internet versin ki, həmin şəxslər xaricdə onun üçün fəaliyyət göstərsinlər.”

Bu deputat davamında qərarın detalları barədə əlavə edib: “İnterneti jurnalistlər, universitet nümayəndələri, parlament üzvləri və həyatları boyu İranla birlikdə olmuş sənətçilər kimi müəyyən qruplar üçün açıq saxladılar ki, xaricilər üçün məzmun istehsal edə bilsinlər.”

Ərdəstaninin açıqlamaları İran daxilində geniş internet məhdudiyyətləri və filtr siyasətinin davam etdiyi bir şəraitdə səsləndirilib. Bu sözlər internetə çıxışın ayrı-seçkilik əsasında tənzimləndiyini və hakimiyyətin onu öz rəsmi narrativini yaymaq üçün istifadə etdiyini bir daha göstərir.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar