SON XƏBƏRLƏR

ABŞ rəsmilərinin Pakistana səfəri ləğv edildi

2026.04.25, 20:27
ABŞ rəsmilərinin Pakistana səfəri ləğv edildi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Donald Trump bildirib ki, Stiv Uitkoff və Cared Kuşner artıq İranla danışıqlar üçün Pakistana səfər etməyəcəklər.

Tramp Fox News-a verdiyi müsahibədə ABŞ-ın İranla qarşıdurmada üstün mövqedə olduğunu vurğulayaraq deyib: “Bir az əvvəl getməyə hazırlaşan adamlara dedim ki, yox, siz 18 saatlıq uçuş edib ora getməyəcəksiniz. Biz bütün rıçaqlara sahibik. Onlar istədikləri vaxt bizimlə əlaqə saxlaya bilərlər, amma artıq 18 saat uçub gedib heç nə barədə danışmaq üçün oturmayacaqsınız.”

O, həmçinin qeyd edib ki, ABŞ “bütün rıçaqlara sahib olduğu” bir şəraitdə belə uzun səfərin heç bir əsaslandırması yoxdur.

Bu qərar ABŞ ilə İran arasında Pakistanın vasitəçiliyi ilə danışıqların bərpası cəhdlərinin davam etdiyi bir vaxtda verilib. Lakin Trampın son açıqlamaları Vaşinqtonun bu prosesə şübhə ilə yanaşdığını və Tehrana təzyiqi artırdığını göstərir.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar