SON XƏBƏRLƏR

İran benzin qıtlığı ilə üzləşə bilər- Bessent

2026.04.28, 14:49
İran benzin qıtlığı ilə üzləşə bilər- Bessent

İran yaxın zamanda benzin qıtlığı ilə üzləşə bilər.

Gunaz.tv

Bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.

O, aprelin 28-də X platformasında qısa paylaşım edib: "Sağ qalan SEPAH rəhbərləri kanalizasiya borusunda boğulan siçovullar kimi tələyə düşdüyü bir vaxtda, İranın köhnəlmiş neft sənayesi ABŞ blokadası sayəsində hasilatı dayandırmağa başlayır".

"Neftin vurulması tezliklə dayanacaq", – o əlavə edib.

İxracın həftələrdir pozulması İranın neft sektoruna ciddi təzyiq yaradıb. Buna ABŞ-nin İran limanlarına blokada tətbiq etməsi səbəb olub. Bu blokada Tehranın strateji Hörmüz boğazını faktiki bağlamasına cavab olaraq tətbiq olunub. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar