SON XƏBƏRLƏR

Avropada qaz qiymətləri qəfil artdı

2026.04.29, 22:10
Avropada qaz qiymətləri qəfil artdı

Gunaz.tv

Avropada qaz qiymətləri ABŞ ilə İran arasında gərginliyin davam etməsi və Hörmüz boğazının açılması ilə bağlı irəliləyişin olmaması fonunda təxminən 9 faiz artıb.

Gunaz.tv-nin məlumatına görə, Avropanın əsas göstəricisi sayılan Niderland qaz bazarında qiymətlər 43.59 avrodan 47.50 avroya yüksəlib.

Məlumata əsasən, gərginliyin azalması ilə bağlı aydın perspektivin olmaması və Hörmüz boğazından enerji axını ilə bağlı qeyri-müəyyənlik qiymət artımının əsas səbəbi kimi göstərilir. Eyni zamanda ABŞ-ın İranın neft ixracına təzyiqi artırması və dəniz nəqliyyatını məhdudlaşdırması ilə bağlı xəbərlər də yayılıb.

Müvəqqəti atəşkəsə baxmayaraq, bölgədə gərginlik yüksək səviyyədə qalır və davamlı həll istiqamətində irəliləyiş müşahidə olunmur.

Qlobal mayeləşdirilmiş qaz ticarətinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazı enerji təchizatı baxımından əsas risk faktoruna çevrilib və bazarda qiymətlərə təzyiqi artırıb.

Analitiklər bildirir ki, bu vəziyyət xüsusilə idxaldan asılı olan Avropa bazarında enerji təhlükəsizliyi narahatlıqlarını artırır və qiymətlərin yüksək səviyyədə qalmasına səbəb olur.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar