SON XƏBƏRLƏR

İran “Britaniya yəhudilərinə zərər verməyə” çalışır

2026.04.30, 21:07
İran “Britaniya yəhudilərinə zərər verməyə” çalışır

Gunaz.tv

Gunaz TV xəbər verir ki; Böyük Britaniyanın baş naziri Kir Starmer cümə axşamı, İranı “Britaniya yəhudilərinə zərər verməyə” çalışmaqda ittiham edib.

Baş nazirliyin bəyanatına əsasən, Starmer bildirib: “Biz İran kimi ölkələrin şər təhdidi ilə mübarizə aparmaq üçün daha güclü səlahiyyətlərə ehtiyac duyuruq, çünki bilirik ki, onlar Britaniya yəhudilərinə zərər vermək istəyirlər”.

Bu açıqlamalar Londonun şimalında iki yəhudi şəxsin bıçaqlı hücuma məruz qalmasından bir gün sonra səsləndirilib.

Bununla belə, baş nazir İranın bu hadisələrdə necə rol oynadığına dair əlavə açıqlama verməyib.

ABŞ və İsrailin İranla müharibəsi başlayandan sonra Britaniyada yəhudilərə və onlara məxsus obyektlərə qarşı hücumların artdığı bildirilir.

Bundan əvvəl də Britaniya rəsmiləri “düşmən ölkələrin” öz vasitəçi qrupları vasitəsilə bu ölkədə hücumlar təşkil edə biləcəyi barədə xəbərdarlıq etmişdilər.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar