SON XƏBƏRLƏR

İsrail kanalı: müharibənin yenidən başlaması ehtimalı var

2026.04.30, 22:32
İsrail kanalı: müharibənin yenidən başlaması ehtimalı var

Gunaz.tv

Gunaz TV xəbər verir ki; İsrailin 12-ci kanalı ölkənin yüksək hazır vəziyyətə gətirildiyini və İranla toqquşmanın yenidən başlama ehtimalına qarşı hərbi hazırlıqların artırıldığını bildirib.

Məlumata görə, İsrail rəsmiləri Vaşinqtonla Tehran arasında danışıqların gələn həftənin əvvəlindən etibarən dağılması ehtimalını ciddi qiymətləndirirlər. Buna səbəb kimi İran lideri Müctəba Xameneiyə aid edilən bəyanatda nüvə və raket proqramlarının davam etdiriləcəyinin vurğulanması göstərilir.

Bəyanatda qeyd olunur: “Biz nüvə və raket proqramlarımızı qoruyacağıq”, həmçinin “ABŞ-ın yeri Körfəzin dibidir”. O, eyni zamanda İranın Hörmüz boğazına nəzarəti davam etdirəcəyini bildirib.

İranla Qərb müttəfiqləri arasında gərginlik davam edir və danışıqların uğursuzluğu regionda hərbi qarşıdurmanın yenidən alovlanmasına səbəb ola bilər.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar