SON XƏBƏRLƏR

Tramp İraqdakı iranlı kürdlərdən narazıdır

2026.05.01, 21:30
Tramp İraqdakı iranlı kürdlərdən narazıdır

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp bildirib ki, iranlı etirazçılar üçün nəzərdə tutulmuş Amerika silahlarının göndərilməsi üsulundan razı deyil.

Tramp bu silahların İraqdakı iranlı kürd müxalif qruplarına verilməsi ilə bağlı məlumatlara toxunaraq deyib: “Silahların çatdırılmasından razı deyiləm. Bu məni qane etmir, az miqdarda silah göndərilib, amma görəcəyik kimlərin əlindədir. Kürdlərlə bağlı baş verənlərdən razı deyiləm. Kürdlər silahları təhvil vermədilər.”

O həmçinin bəzi Avropa ölkələrinin mövqelərini tənqid edərək bildirib ki, İtaliya və İspaniyadan da “razı deyil”, çünki onun sözlərinə görə bu ölkələr “İranın nüvə silahına sahib olmasının normal olduğunu düşünürlər”.

Tramp əlavə edib: “İranın nüvə silahına sahib olmasını normal hesab edən hər kəs çox da ağıllı deyil.”

ABŞ prezidenti bu açıqlamaları cümə günü Ağ Evdən ayrılmazdan əvvəl jurnalistlərlə söhbəti zamanı səsləndirib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar