SON XƏBƏRLƏR

İranda xüsusi internet 3 milyon tümənə qədər satılır

2026.05.03, 16:27
İranda xüsusi internet 3 milyon tümənə qədər satılır

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə: ABŞ və İsrailin hücumlarından sonra başlayan beynəlxalq internet kəsintisinin davam etdiyi bir vaxtda İranda “pro internet” adlı qara bazarın formalaşdığı və istifadəçilərə xüsusi çıxışın satıldığı bildirilir.

Ali Milli Təhlükəsizlik Şurasının göstərişi ilə bəzi bizneslər və xüsusi qruplar üçün “pro internet” təqdimatı planı icra olunmağa başlayıb; tənqidçilər bu planı “sinifləşdirilmiş internet” kimi qiymətləndirirlər.

Yayılan məlumatlara görə, bu xüsusi çıxış artıq qeyri-rəsmi bazara çevrilib və 1 milyondan 3 milyon tümənə qədər qiymətlərlə satılır.

Bildirilir ki, bu xidmətlər üç əsas yolla təqdim olunur: operatorlarda şəxsi əlaqələr vasitəsilə birbaşa çıxış, şirkətlərin artıq kvotalarının vasitəçilər tərəfindən satılması və bəzi lisenziyalı şirkətlər tərəfindən birbaşa təqdimat.

İnternet məhdudiyyətlərinin davam etməsi və eyni zamanda məhdud bir qrup üçün xüsusi çıxışın genişlənməsi rəqəmsal ayrı-seçkilik və rabitə sahəsində imtiyazlarla bağlı tənqidləri artırıb.

Digər tərəfdən, müstəqil internet monitorinq qurumu NetBlocks bildirib ki, İranda genişmiqyaslı internet kəsintisi 1512 saatdan sonra 64-cü gününə daxil olub və istifadəçilər hələ də qlobal şəbəkədən demək olar ki, təcrid olunmuş vəziyyətdədir.

Qurum həmçinin VPN-lərə və peyk terminallarına qarşı təzyiqlərin gücləndirildiyini qeyd edib.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar