SON XƏBƏRLƏR

Trampın Hörmüz boğazı üçün yeni planı

2026.05.04, 08:32
Trampın Hörmüz boğazı üçün yeni planı

Gunaz.tv

Axios iki amerikalı rəsmiyə istinadən xəbər verib ki, Donald Trump-ın Hörmüz boğazı ilə bağlı yeni planı ticarət gəmilərinin ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri tərəfindən müşayiət olunmasını mütləq nəzərdə tutmur.

Gunaz TV-nin məlumatına görə, bu rəsmilərdən biri bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri zərurət yarandığı halda İran ordusunun boğazdan keçən ticarət gəmilərinə hücumunun qarşısını almaq üçün onların “yaxınlığında” olacaq.

Həmin iki amerikalı rəsmi həmçinin qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri ticarət gəmilərinə Hörmüz boğazında ən uyğun dəniz marşrutları barədə məlumat verəcək; xüsusilə İran ordusu tərəfindən minalanmamış xətlərdən istifadə ilə bağlı məlumatlar paylaşılacaq.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar