SON XƏBƏRLƏR

Tramp Xameneinin şəklini “ölü” etiketi ilə paylaşdı

2026.05.04, 23:01
Tramp Xameneinin şəklini “ölü” etiketi ilə paylaşdı

Gunaz.tv

Donald Trump ABŞ-ın prezidenti sosial şəbəkə “Truth Social”da paylaşdığı görüntüdə ABŞ-ın hərbi gücünün “100 faiz əməliyyat vəziyyətində” olduğunu, İranın hərbi qüvvələrinin isə “tamamilə məhv edildiyini” iddia edib.

Gunaz TV-nin məlumatına görə, Tramp 4 may tarixində etdiyi bu paylaşımda ABŞ-ın hərbi dəniz qüvvələri, hava qüvvələri və raketdən müdafiə sistemlərinə aid görüntüləri yayımlayaraq onların “100 faiz əməliyyat vəziyyətində” olduğunu qeyd edib.

O, eyni zamanda İranın hərbi dəniz, hava və hava hücumundan müdafiə qüvvələrinə aid olduğu bildirilən görüntüləri də paylaşaraq bu qüvvələrin “100 faiz məhv edildiyini” yazıb.

Tramp həmçinin mübahisəli addım ataraq Ali Khamenei-nin şəklini “ölü” etiketi ilə bu görüntülərin yanında yayımlayıb.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar