SON XƏBƏRLƏR

İsrail Hizbullah komandirini hədəfə aldı

2026.05.06, 21:20
İsrail Hizbullah komandirini hədəfə aldı

Gunaz.tv

İsrail ordusu çərşənbə günü axşam Beyrutun cənubundakı Dahiya bölgəsinə təşkil edilən hava hücumunda Hizbullaha bağlı elit “Rizvan” bölməsinin yüksək rütbəli komandirlərindən birini hədəfə aldığını açıqlayıb.

Gunaz TV-nin məlumatına görə, bu hücum İsrail ilə Hizbullah arasında atəşkəsin qüvvəyə minməsindən sonra Beyrutun cənub ətrafına edilən ilk hücum hesab olunur. Buna baxmayaraq, Livanın cənubunda qarşıdurmalar davam edib.

İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yisrael Katsın birgə bəyanatında bildirilib: “Bu komandirin rəhbərlik etdiyi Rizvan qüvvələri İsrailin yaşayış məntəqələrinə atəş açılması və İsrail ordusunun qüvvələrinə zərər verilməsi üçün məsuliyyət daşıyırdı.”

Fransa Xəbər Agentliyi də Hizbullaha yaxın mənbəyə istinadən xəbər verib ki, Rizvan bölməsinin yüksək səviyyəli komandiri hücum zamanı öldürülüb.

Adının açıqlanmasını istəməyən mənbə bildirib: “Rizvan bölməsinin əməliyyat komandiri Malik Bəllut” İsrailin Dahiya hücumu zamanı öldürülüb.

 

GünAzTV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar