SON XƏBƏRLƏR

Neft qiymətləri kəskin ucuzlaşdı; bazarlar Tehran–Vaşinqton razılaşmasını gözləyir

2026.05.06, 23:43
Neft qiymətləri kəskin ucuzlaşdı; bazarlar Tehran–Vaşinqton razılaşmasını gözləyir

Gunaz.tv

ABŞ ilə İran arasında mümkün razılaşma ehtimalı ilə bağlı iddiaların artması fonunda dünya bazarında neft qiymətləri ciddi şəkildə ucuzlaşıb, qlobal maliyyə bazarları isə bu prosesə müsbət reaksiya verib.

Gunaz TV-nin yaydığı məlumata görə, iqtisadi media qurumlarının hesabatlarında bildirilir ki, “Brent” markalı neftin qiyməti çərşənbə günü keçirilən ticarətdə son günlərdə ilk dəfə 100 dolların altına düşüb və bəzi anlarda 8 faizdən çox ucuzlaşıb. ABŞ xam nefti də 7-10 faiz arasında dəyər itirib.

Qiymətlərdəki bu sərt eniş Donald Trampın İranla danışıqlarda “böyük irəliləyiş” əldə olunduğunu açıqlamasından sonra baş verib. Tramp bildirib ki, Tehran və Vaşinqton arasında razılaşma əldə olunarsa, Hörmüz boğazı “hamı üçün açıq olacaq”.

Məlumatlara görə, ABŞ hökuməti də Hörmüz boğazında gəmilərin müşayiəti üçün başladılan “Azadlıq layihəsi” əməliyyatını müvəqqəti dayandırıb ki, İranla danışıqlar prosesi davam etdirilsin.

Amerikanın Axios mediası da Tehran və Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı daha geniş danışıqların ilkin çərçivəsi üzərində ilkin anlaşmaya gəldiyini yazıb.

Neft qiymətlərinin enməsi ilə paralel olaraq ABŞ, Avropa və Asiya birjalarında indekslər yüksəlib. İnvestorlar Yaxın Şərqdə gərginliyin azalacağı ehtimalına müsbət yanaşıblar.

Bununla belə, İran rəsmiləri yekun razılaşmanın yaxın olması ilə bağlı yayılan məlumatları hələ təsdiqləməyib. Bəzi iranlı rəsmilər bu xəbərləri yalnız “ABŞ-ın istəyi” adlandırıblar.

 

GünAzTV
R.G

 

Bir səhifəlik razılaşma; Tehranın cəmi 48 saat vaxtı var

2026.05.06, 21:52

Bir səhifəlik razılaşma; Tehranın cəmi 48 saat vaxtı var

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar