SON XƏBƏRLƏR

İran nüvə silahından imtina barədə razılıq verib- Tramp

2026.05.07, 09:19
İran nüvə silahından imtina barədə razılıq verib- Tramp

İran danışıqlar zamanı nüvə silahı əldə etmək cəhdlərindən imtina etməyə razılaşıb.

Gunaz.tv

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

"İran nüvə silahına sahib ola bilməz və olmayacaq da. Digər şeylərlə yanaşı, o, buna razılıq verib", - deyə o əlavə edib.

Tramp tərəflərin münaqişəyə son qoymaq üçün razılığa gələcəyinə əminliyini ifadə edib.

"Bu baş verəcək. Amma mən heç vaxt son tarix təyin etməmişəm", - deyə ABŞ Prezidenti bildirib.

ABŞ prezidenti qeyd edib ki, Amerika və İran son 24 saat ərzində yaxşı danışıqlar aparıblar və razılaşmanın əldə olunması çox mümkündür.

İran tərəfi rəsmi şəkildə Donald Trampın bəyanatı barədə  hələlik hər hansı açıqlama verməyib.

Bundan əvvəl rəsmi Tehran açıq şəkildə “bəli, nüvə proqramından imtina edirik” tipli rəsmi bəyanat verməyib. Tehran yalnız nüvə silahı istəmədiyini, ancaq uran zənginləşdirməsini tam dayandırmağa razı olmadığını bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar