SON XƏBƏRLƏR

İran gündə 400 min barel itirir

2026.05.08, 20:24
İran gündə 400 min barel itirir

Hörmüz böhranı İran neftini vurdu və tankerlər Oman dənizində ilişib qaldı.

Gunaz.tv

Gunaz TV-nin yaydığı məlumata görə, dəniz blokadası və ixrac böhranı səbəbindən İranın gündəlik neft istehsalı 400 min barel azalıb.

Bu barədə ABŞ-ın energetika naziri Kris Rayt Fox News-a açıqlamasında danışıb.

O bildirib ki, neft anbarlarının dolması ilə istehsaldakı geriləmə daha da sürətlənə bilər.

Vortexa və LSEG şirkətlərinin məlumatları da İranın neft ixracının aprelin ikinci yarısında mart ayı ilə müqayisədə 80 faiz azaldığını göstərir.

Məlumata görə, İran mart ayında 23.4 milyon barel neft ixrac etmişdi. Hazırda isə yalnız az sayda neft tankeri Oman dənizindən keçə bilir.

Kris Rayt vurğulayıb ki, maliyyə təzyiqi Tehranı nüvə razılaşmasına və Hörmüz boğazının yenidən açılmasına məcbur edir.

ABŞ rəsmisi əlavə edib ki, bu vəziyyətin sonu “İranın əməkdaşlığı ilə və ya onsuz” gələcək.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar