SON XƏBƏRLƏR

“Politico”: Çin ABŞ-ın İrana qarşı əməliyyatlarını diqqətlə araşdırır

2026.05.09, 11:41
“Politico”: Çin ABŞ-ın İrana qarşı əməliyyatlarını diqqətlə araşdırır

ABŞ-la İran arasında münaqişə Vaşinqtonun hərbi və strateji zəifliklərini aşkara çıxarır və ABŞ-ın ən böyük rəqibi Çin bundan özü üçün mühüm dərs çıxarır.

Gunaz.tv

Bu barədə “Politico”da ABŞ-ın hazırkı və sabiq hərbi rəsmilərinə istinadən dərc olunan yazıda bildirilib.

ABŞ və Çin liderlərinin görüşü yaxınlaşdıqca, qeyri-müəyyən atəşkəsin hökm sürməsi, müttəfiqlərin ABŞ-a kömək etməkdən boyun qaçırması səbəbindən, sabiq və hazırkı hərbi rəsmilər Tramp və Si Cinpinin görüşündə “kartların Çinin əlində olacağından” narahatlıqlarını ifadə ediblər.

Məqalədə o da qeyd edilib ki, Çin onilliklər boyu ABŞ ordusunu izləyib və araşdırmalar aparıb.

“Onlar bizim necə güc yaratdığımızı bilirlər. Çinlilər bizim tankerlərdən, hərbi bazalardan asılılığımıza yaxşı bələddirlər. Onlar hətta aviazərbələri necə endirdiyimizi, qeyri-kinetik hücumlarımızı, elektron müharibəni, kibernetika sahəsində mübarizəni, ümumiyyətlə hər şeyi yaxından öyrənirlər”, - keçmiş Pentaqon rəsmisi qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar