SON XƏBƏRLƏR

Tramp yenidən hərbi variantdan danışdı; “Azadlıq Plus Layihəsi” nədir?

2026.05.10, 08:34
Tramp yenidən hərbi variantdan danışdı; “Azadlıq Plus Layihəsi” nədir?

Gunaz.tv

Gunaz TV-nin yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp İranla danışıqların uğursuz olacağı təqdirdə Vaşinqtonun Hörmüz boğazında “Azadlıq Plus Layihəsi”ni başladacağını bildirib.

Tramp jurnalistlərə açıqlamasında deyib: “Əgər heç nə baş verməsə, yenidən Azadlıq Layihəsinə qayıda bilərik. Amma bu dəfə bu, “Azadlıq Plus Layihəsi” olacaq, yəni Azadlıq Layihəsi və əlavə başqa şeylər.”

ABŞ prezidenti layihənin detalları barədə əlavə açıqlama verməyib. Daha əvvəl “Azadlıq Layihəsi” İranın təhdidlərinə qarşı Hörmüz boğazından keçən gəmilərin təhlükəsiz müşayiəti və qorunması məqsədilə hazırlanmışdı.

Donald Tramp həmçinin bildirib ki, bu əməliyyatın müvəqqəti dayandırılması Pakistanın xahişi və danışıqlara zərər verməmək üçün həyata keçirilib.

Tramp İranın danışıqları bilərəkdən uzadıb-uzatmaması ilə bağlı suala isə belə cavab verib: “Bunu çox yaxında anlayacağıq.”

Eyni zamanda ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton cümə gününün sonuna qədər İranın ABŞ-ın son təklifinə cavab verməsini gözləyəcək.

Donald Tramp daha əvvəl “Truth Social” platformasında yazmışdı: “Əgər razılığa gəlməsələr, bombardman başlayacaq və təəssüf ki, əvvəlkindən daha yüksək səviyyədə və daha şiddətli olacaq.”


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar