SON XƏBƏRLƏR

Əliyevdən Zəngəzur dəhlizi açıqlaması

2026.05.10, 19:32
Əliyevdən Zəngəzur dəhlizi açıqlaması

Əliyev: Zəngəzur dəhlizi ilə Naxçıvana dəmir yolu bağlantısı qurulacaq.

Gunaz.tv

“Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Biz Zəngilanı təkcə Azərbaycanın deyil, bütün regionun əsas nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik.”

Bu fikirləri İlham Əliyev Zəngilan şəhərinin sakinləri ilə görüşü zamanı səsləndirib.

Prezident hazırda dəmir yolunun tikildiyini xatırladaraq bildirib:

“Yaxın gələcəkdə — bəlkə də bir il və ya bir il yarımdan sonra — Bakıdan Zəngilana qatarla səfər etmək mümkün olacaq. Necə ki, bu gün Ağdama qatar gedir. Gələn il isə Xankəndiyə qatarla gedəcəklər. Bu dəmir yolu davam etdiriləcək və Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanı birləşdirəcək.”

Əliyevin açıqlaması Zəngəzur dəhlizinin regionun əsas nəqliyyat və logistika xəttinə çevrilməsi istiqamətində Bakının planlarını bir daha gündəmə gətirib.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar