SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyalətində 4 "İsrail casusu" həbs edilib

2026.05.11, 12:00
Qərbi Azərbaycan əyalətində 4 "İsrail casusu" həbs edilib

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları Qərbi Azərbaycan əyalətində əməliyyat keçiriblər.

Gunaz.tv

Bu barədə hökumət mediası məlumat yayıb.

Əməliyyat nəticəsində İsrail xüsusi xidmət orqanı MOSSAD-a bağlı olduğu iddia edilən 4 nəfərdən ibarət casus şəbəkəsinin üzvlərinin həbs edildiyi bildirilib.

Əməliyyat zamanı 1 nəfər həlak olub.

Bununla yanaşı Kirman və Əlbürz əyalətlərində də oxşar əməliyyatların keçirildiyi qeyd olunub.

Saxlanılan və öldürülən şəxslərin kimliyi barədə açıqlama verilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar