SON XƏBƏRLƏR

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

2026.05.11, 14:46
Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

Azərbaycan xam neftini daşıyan tanker yaxın günlərdə Yaponiyaya çatacaq.

Gunaz.tv

Bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyindən bildirilib.

“Azərbaycan xam neftini daşıyan tanker ən tez çərşənbə axşamı limana çata bilər”, - nazirliyin bugünkü məlumatında deyilir.

Məlumata görə, bu, fevral ayında İran müharibəsi başlayandan bəri Mərkəzi Asiyadan Yaponiyaya göndərilən ilk neft partiyası olacaq.

Qeyd edək ki, müharibədən əvvəl Yaponiya xam neft ehtiyacının təxminən 95 faizini Yaxın Şərqdən təmin edirdi. Lakin İranın Hörmüz boğazında tanker hərəkətini məhdudlaşdırması bu tədarük zəncirini ciddi şəkildə pozub və ölkəni alternativ mənbələr axtarmağa məcbur edib.

Yaponiya ölkədəki neft tələbini qarşılamaq üçün bundan öncə Amerika və sanksiyadan azad olunan Rusiya şirkətlərinə də müraciət etmişdi.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar