SON XƏBƏRLƏR

Bu ölkə də Hörmüz rüsumlarından pay alacaq- “Nyu York Tayms”

2026.05.22, 13:36
Bu ölkə də Hörmüz rüsumlarından pay alacaq- “Nyu York Tayms”

İran Omanla Hörmüz boğazından keçən gəmilərdən rüsum alınması məsələsi barədə danışıqlar aparıb. ABŞ-ın müttəfiqi olan körfəz dövləti də bu gəlirlərdən pay ala bilər.

Gunaz.tv

Bu barədə “Nyu York Tayms” iranlı rəsmilərə istinadla məlumat yayıb.

“Müzakirələr “toll” - yəni keçidin özü üçün alınan və beynəlxalq hüquqa görə qanunsuz sayılan ödənişlərdən yox, “fee” - yəni tranzit edən gəmilərə göstərilən xidmətlərə görə tətbiq olunan rüsumlardan gedir.

ABŞ-ın müttəfiqi olan Oman əvvəlcə İranla boğaz məsələsində tərəfdaşlıq ideyasını rədd etmişdi. Ancaqn sonradan Maskat rəhbərliyi bu planın ölkəyə fayda verə biləcəyini anlayıb və təşəbbüsü körfəz qonşuları, eləcə də ABŞ-la irəli aparmağa hazır olduğunu bildirib”, - məlumatda bildirilib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar