SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı İranda edamlara görə bəyanat yaydı

2026.06.04, 13:26
Beynəlxalq Əfv Təşkilatı İranda edamlara görə bəyanat yaydı

Beynəlxalq Əfv Təşkilatı İranda siyasi fəal və etiraz aksiyalarında iştirak edənlərin edam edilməsini pisləyib və ölüm hökmlərinin ədalətsiz məhkəmələrdə çıxarıldığını bildirib.

Gunaz.tv

Bu haqda təşkilatın bəyanatında qeyd olunub. 

Təşkilat həmçinin xəbərdarlıq edib ki, onlarla etirazçı, siyasi müxalifətçi və digər məhbus hələ də ölüm hökmü təhlükəsi altındadır və istənilən vaxt edam edilə bilər.

Beynəlxalq Əfv Təşkilatı fevralın 28-dən buyana ən azı 41 etirazçının edam hökmünün icra olunmasını bildirərək, Tehran rejiminin bu vasitədən narazıları və siyasi fəalları qorxutmaq, etirazçıları susdurmaq üçün istifadə etdiyini vurğulayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar