SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb

2026.06.04, 14:46
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb

Qərbi Azərbaycan əyalətinin Urmiya Sərhəd Alayının sərhədçiləri 33 ədəd tapança aşkarlayaraq götürüblər.

Gunaz.tv

Bu haqda əyalətin Sərhəd Qoşunları Komandanlığı məlumat yayıb.

Məlumata görə, tapançalara aid maqazinlər və əlaqəli sursatlar əyalətin İraqla sərhəd bölgəsinin yüksəkliklərində tapılıb.

Bununla yanaşı başqa oxşar əməliyyat zamanı əyalətin İraqla sərhəd kəndlərindən birində də çox sayda hərbi və casusluq avadanlıqlarınn aşkarlandığı bildirilib.

Keçirilən əməliyyat zamanı kameralar, gecə görmə cihazları, ötürücülər, simsiz cihazlar, casus noutbuklar və planşetlər, günəş panelləri, RPG kameraları və digər hərbi rabitə və optik avadanlıqlar aşkar edilərək götürülüb.

Aadanlıqların ölkədə təxribat xarakterli əməliyyatlarda istifadə olunmasının nəzərdə tutulduğu iddia edilib.

Həmin avadanlıqların "terrorçu və separatçı qruplaşma"lardan birinə aid olduğu bildirilsə də, qruplaşmanın adı barədə açıqlama verilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar