SON XƏBƏRLƏR

Millət vəkilləri nazirin impiçmentini tələb edirlər

2026.06.05, 16:13
Millət vəkilləri nazirin impiçmentini tələb edirlər

İran parlamentinin bir qrup üzvü internetin bərpa olunması barədə qərara görə rabitə naziri Səttar Haşiminin impiçmentini tələb ediblər.

Gunaz.tv

Bu barədə "İlna" məlumat yayıb. 

Sərt xətt tərəfdarı olan millət vəkillərinin bundan Məsud Pezeşkian hökumətinə təziq vasitəsi kimi istifadə etdiyinə işarə olunub:

“S.Haşiminin impiçment təklifi ilə bağlı məsələ qaldırılıb və bəzi millət vəkilləri rabitə nazirinin hökumətin qlobal internetə normal çıxışı bərpa etmək səylərinin simvoluna çevrildiyini deyirlər".

Bundan əvvəl də sərt xətt cərəyanına bağlı nümayəndələr internetin bərpasının milli təhlükəsizliyiə zidd olduğu barədə bəyanatlar səsləndiriblər.

Qeyd edək k, İranda internetə çıxış 28 fevralda bağlanıb və Məsud Pezeşkian vı komandasının israrı nəticəsində mayın 27-də bərpa olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar