SON XƏBƏRLƏR

Hizbullahın əsas bazası hədəfə alındı

2026.06.07, 21:10
Hizbullahın əsas bazası hədəfə alındı

İsrail Hizbullahın Beyrutun cənubundakı bazasını hədəf aldı.

Gunaz.tv

Gunaz TV – İsrailin baş naziri Benyamin Netanyahunun ofisi ölkə ordusunun Beyrutun cənubundakı Dahiyə bölgəsində yerləşən silahlı qüvvələrin komandanlıq mərkəzlərinə zərbə endirdiyini açıqlayıb.

İsrail hökumətinin bəyanatında deyilir: “Baş nazir Netanyahu və müdafiə naziri Katsın göstərişinə əsasən, İsrail Müdafiə Qüvvələri Beyrutun Dahiyə bölgəsində yerləşən bir komandanlıq mərkəzini hədəf alıb. Bu əməliyyat Hizbullahın İsrail ərazisinə raket atəşlərinə cavab olaraq həyata keçirilib.”

Bu, aprelin 16-da tərəflər arasında əldə olunan atəşkəsdən sonra Hizbullahın əsas bazasına qarşı həyata keçirilən ilk hücum hesab olunur. Bir neçə saat əvvəl İsrail ordusu Livandan atılan iki mərminin havada zərərsizləşdirildiyini bildirmişdi.

Hizbullah indiyədək silahsızlanma şərti ilə irəli sürülən təklifləri rədd edib və İsrailin hücumları dayandırmasını, həmçinin qüvvələrini Livanın cənubundan çıxarmasını tələb edir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar