SON XƏBƏRLƏR

Təl-Əviv: Qarşılıqlı hücumlar daha bir neçə gün davam edə bilər

2026.06.08, 13:26
Təl-Əviv: Qarşılıqlı hücumlar daha bir neçə gün davam edə bilər

İsrail: İranın hava müdafiə sistemlərini məhv etdik.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrail ordusu bazar ertəsi səhər onlarla döyüş təyyarəsinin İranın müxtəlif bölgələrində hava hücumundan müdafiə sistemlərini hədəfə aldığını açıqlayıb.

İsrail ordusunun sözçüsü Efi Defrin bildirib ki, İran son müharibə zamanı zərər görmüş hava müdafiə imkanlarının bir hissəsini yenidən bərpa etmişdi. Onun sözlərinə görə, İsrailin son hücumları nəticəsində həmin sistemlər “məhv edilib”.

Defrin əlavə edib ki, genişmiqyaslı əməliyyat İsrail ordusunun Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə həyata keçirilib və başa çatdırılıb.

Eyni zamanda, Walla News saytı yazıb ki, İsrail Müdafiə Nazirliyi İran və İsrail arasında hazırkı qarşılıqlı hücumların daha bir neçə gün davam edəcəyini qiymətləndirir.

Xəbərin hazırlandığı ana qədər İran rəsmiləri İsrail ordusunun irəli sürdüyü iddialara münasibət bildirməyiblər.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar