SON XƏBƏRLƏR

Tramp: Qəza edən ABŞ helikopterinin pilotları sağdır

2026.06.09, 18:28
Tramp: Qəza edən ABŞ helikopterinin pilotları sağdır

Gunaz.tv

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ hərbi helikopterinin ekipajının sağ olduğunu açıqlayıb.

Gunaz TV-nin məlumatına görə, Tramp bildirib ki, helikopterin iki amerikalı pilotu tam sağlamdır və hadisə nəticəsində heç kim xəsarət almayıb.

Bu açıqlama “New York Times” qəzetinin ABŞ-a məxsus “Apache” tipli hərbi helikopterin Hörmüz boğazı yaxınlığında qəzaya uğradıqdan sonra ekipajın xilas edildiyini yazmasından sonra verilib. Hadisənin səbəbi hələlik məlum deyil. Helikopterin texniki nasazlıq, atəşə məruz qalması və ya başqa səbəbdən qəzaya uğradığı dəqiqləşdirilməyib.

Tramp bildirib ki, ABŞ hökuməti yaxın vaxtlarda hadisənin səbəbləri ilə bağlı daha ətraflı məlumat yayacaq.

Hadisə Vaşinqtonun Tehranla danışıqları davam etdirməyə çalışdığı bir vaxta təsadüf edir. Tramp eyni zamanda İranla mümkün razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib və yaxın günlərdə yeni təkliflərin irəli sürülə biləcəyini qeyd edib.

 

GünAzTV
R.G

ABŞ Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan Apache helikopterinin İran tərəfindən vurulub-vurulmadığını araşdırır – WSJ

2026.06.09, 17:16

ABŞ Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan Apache helikopterinin İran tərəfindən vurulub-vurulmadığını araşdırır – WSJ
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar