SON XƏBƏRLƏR

Tramp: “Apache” helikopterinin vurulmasına cavab verdik

2026.06.10, 06:45
Tramp: “Apache” helikopterinin vurulmasına cavab verdik

ABŞ prezidenti İrana qarşı sərt cavab verildiyini bildirib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ABŞ ordusuna məxsus “Apache” hücum helikopterinin vurulmasına cavab olduğunu deyib.

Tramp bu gün səhər ABC telekanalına müsahibəsində bildirib: “Düşünürəm ki, cavab vermək çox vacibdir. Onlar bizim bir helikopterimizi vurublar və biz də hazırda buna cavab veririk.”

O əlavə edib: “Mən həyatım boyu həmişə qətiyyətli cavaba inanmışam.”

ABŞ prezidenti həmçinin vurğulayıb: “Bu hücum onların ötən gecə bizim helikopterimizə etdiklərinə cavabdır və düşünürəm ki, bu cavab çox güclü və qəti olmalıdır.”

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar