SON XƏBƏRLƏR

İranın xalça ixracatı kəskin azalıb

2026.06.11, 16:19
İranın xalça ixracatı kəskin azalıb

Statistika göstərir ki, son on ildə İran xalça ixracında 98 faiz azalma müşahidə olunub.

Gunaz.tv

Bu haqda İranın "Rokna" xəbər agentliyi məlumat yayıb.

Rəsmi statistikaya istinadən bildirilib ki, ötən il İran xalça ixracının həcmi 42 milyon dollardan aşağı olub. Bu rəqəm on il əvvəl 400 milyon dollar, 90-cı illərdə isə 2 milyard dollar olub.

Hesabatda əlavə olunur ki, 2018-ci ildə sanksiyaların geri qaytarılmasından sonra İran xalçaları əsas bazarı olan ABŞ-dan sıxışdırılıb və hazırda rəqiblərin təzyiqi, valyuta siyasəti, turizmin azalması və daxili alıcılıq qabiliyyətinin azalması altında yaşamaq uğrunda mübarizə aparır.

İran xalça ixracının azalması ilə eyni vaxtda Türkiyə ötən il 182 ölkəyə təxminən 3 milyard dollar dəyərində xalça ixrac edib. Bunun da təxminən 200 milyon dolları əl işi xalçalar və kilimlər olub. 

Türkiyənin xalça ixrac bazarının üçdə biri ABŞ-da, demək olar ki, eyni miqdarda isə Səudiyyə Ərəbistanı və İraqdadır.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar