SON XƏBƏRLƏR

İranda ixracat üçün tərəvəz istehsalçıları zərərə düşüb

2026.06.11, 18:05
İranda ixracat üçün tərəvəz istehsalçıları zərərə düşüb

İxrac bazarlarının itirilməsi istehsalçıları ağır vəziyyətə salıb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran Milli Kənd Təsərrüfatı Məhsulları Birliyinin sədri bildirib ki, Ərəb (fars) Körfəzi ölkələrinin bazarlarının itirilməsindən sonra İranın tərəvəz və bostan məhsulları üçün hələ də uyğun alternativ bazar tapılmayıb və çoxsaylı istehsalçılar ciddi zərərlə üzləşiblər.

Rza Nurani deyib ki, Əlborz vilayətində çoxlu sayda tərəvəz və bostan məhsulları istehsalçısı işsiz qalıb və ya məhsullarını sata bilmir.

O bildirib ki, Ərəb Körfəzi ölkələri əvvəllər bu məhsulların əsas ixrac bazarı olub. Hazırda isə kənd təsərrüfatı məhsullarının yalnız kiçik bir hissəsi Rusiyaya ixrac edilir.

Milli Kənd Təsərrüfatı Məhsulları Birliyinin sədri əlavə edib ki, İran yüksək gömrük rüsumları və Dünya Ticarət Təşkilatına üzv olmaması səbəbindən Avropa bazarlarında ciddi mövqeyə malik deyil.

Nurani həmçinin bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri və bölgənin bəzi digər ölkələrində fəaliyyət göstərən iranlı iş adamları və sərmayədarların bir qismi müharibədən sonra yaşayış icazələrini itirib və maliyyə zərərləri ilə üzləşiblər.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar