SON XƏBƏRLƏR

Küveyt: İranın hücumu paytaxt hava limanına ziyan vurub

2026.06.11, 20:47
Küveyt: İranın hücumu paytaxt hava limanına ziyan vurub

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Küveyt rəsmiləri İranın cümə axşamı səhər saatlarında bu ölkəyə qarşı həyata keçirdiyi hücumların paytaxt hava limanının radar sisteminə ziyan vurduğunu və bir neçə nəfərin yaralandığını açıqlayıblar.

Küveyt Mülki Aviasiya İdarəsi Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) ünvanladığı məktubda bildirib: “Hava limanının radarı bu gün səhər hücumun hədəfi olub.”

Qurum həmçinin vurğulayıb: “Bu hücum insanların yaralanmasına səbəb olub və radar qurğularına, avadanlıqlara, eləcə də hava hərəkətinin idarə olunması sistemlərinə ciddi maddi ziyan vurub.”

İranın hücumları ABŞ-ın ölkənin müxtəlif bölgələrində yerləşən hədəflərə endirdiyi zərbələrdən sonra bölgədə gərginliyin artdığı bir vaxta təsadüf edib. İran cümə axşamı səhər saatlarında Küveyt və Bəhreyni hədəfə alıb.

İran rəsmiləri iddia edirlər ki, bu hücumlar Yaxın Şərqdəki ABŞ bazaları və aktivlərini hədəf almaq məqsədilə həyata keçirilib.

 


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar