SON XƏBƏRLƏR

ABŞ ilə danışıqlarda nəticə əldə olunmayıb – İran XİN

2026.06.12, 09:29
ABŞ ilə danışıqlarda nəticə əldə olunmayıb – İran XİN

ABŞ ilə İran arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb.

Gunaz.tv

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dövlət televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, danışıqların gedişi İran üçün əvvəldən aydın olub və yekun mətnin böyük hissəsi razılaşdırılsa da, sonradan ABŞ tərəfi öz mövqeyində dəyişiklik edib.

Bəqai vurğulayıb ki, İran müəyyən etdiyi qırmızı xətlər məsələsində heç bir güzəştə getməyib və razılaşma ilə bağlı yayılan məlumatlar hazırda yalnız ehtimal xarakteri daşıyır:

“Bu məsələ ilə bağlı hələ heç nə yekunlaşmayıb”.

XİN sözçüsü əlavə edib ki, ABŞ-ın addımları səbəbindən Hörmüz boğazı hələ də bağlı qalır və təhlükəsiz hərəkət təmin edilmədiyi üçün gəmilər ehtiyatlı olmalıdır.

Bəqai həmçinin qeyd edib ki, Qətər və Pakistan tərəflər arasında vasitəçilik missiyasında fəal iştirak edir.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp İranla müharibənin həlli istiqamətində böyük razılaşma əldə etdikləri ilə bağlı açıqlama verib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar